İyulun 25-də Parisdə, UNESCO-nun mənzil-qərargahında ABŞ bayrağının qaldırılması mərasimi keçirilib. Tədbir Birləşmiş Ştatların təşkilatın tərkibinə qayıtmasına həsr olunub.

Mərasimdə ABŞ-nin birinci xanımı Cill Bayden iştirak edib. “Bu gün sizə qoşulmaq mənim üçün şərəf idi. Biz qlobal tərəfdaşlığımızın simvolu olan Birləşmiş Ştatların bayrağını ucaldırıq”, – deyə o bildirib.

ABŞ Donald Trampın prezidentliyi dövründə –  2018-ci ildə təşkilatı tərk etmişdi. Vaşinqton bu qərarı UNESCO-nun dərin yenidənqurmaya ehtiyacı olması ilə əsaslandırmışdı.