Mətnlərin intellektual analizi aparılıb
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda böyük biliklərin analitikasının (Big Knowledge Analytics) elmi-nəzəri əsasları araşdırılıb.
İnstitutdan bildirilib ki, ötən 6 ayda böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlər işlənilib. Anomaliyaları aşkarlayan alqoritmlərin “Apache Spark” mühitində eksperimental yolla müqayisəli analizi aparılıb, böyük ölçülü məlumatların klasterləşdirmə alqoritmlərinin və məlumatlarda anomaliyaların aşkarlanması alqoritmlərinin müasir vəziyyəti təhlil olunub.
Həmçinin anomaliyaları aşkarlayan klasterləşdirmə alqoritmlər eksperimental yolla müqayisəli analiz olunub və onların çatışmazlıqları müəyyən edilib. Eyni zamanda, plagiatlığın aşkarlanması üçün mətnlərin intellektual analizi metodları işlənilib. Virtual mühitdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq tədris resurslarından istifadə qiymətləndirilib.