Beynəlxalq elmi konfrans keçiriləcək

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) bu il 100 yaşını qeyd edir. Dövlət başçısı tərəfindən təhsil ocağının yubileyinin qeyd olunması haqqında sərəncam imzalanıb. Əlamətdar yubileylə əlaqədar müxtəlif tədbirlər keçirilir. 

Noyabrın 17-də ADMİU-da yubileylə əlaqədar “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans da bu silsilədəndir.

ADMİU-dan bildirilib ki, konfransa sənətşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, sosial elmlər, musiqi sənəti və təsviri sənət, habelə teatrşünaslıq, kinoşünaslıq, rejissorluq, təsviri incəsənət tarixi və nəzəriyyəsi, dekorativ-tətbiqi sənət, musiqişünaslıq, mədəniyyət tarixi və nəzəriyyəsi, sosial iş, turizm, muzey, arxiv işi və abidələrin qorunması istiqamətləri üzrə məruzələr qəbul edilir.

Konfransın proqramına daxil ediləcək məruzələr sentyabrın 30-dək Azərbaycan, rus və ya ingilis dillərində admiuconference@gmail.com  ünvanına göndərilməlidir.

Məruzə mətninin tərtibi qaydaları və strukturu barədə daha ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.

İşçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləri olan konfransın materialları toplu şəklində nəşr olunaraq hər bir iştirakçıya təqdim ediləcək. Toplu həm də ADMİU-nun rəsmi saytında rəqəmsal formatda yerləşdiriləcək.