Bu il Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, müğənni, aktyor, Xalq artisti Mirzə Babayevin (1913-2003) anadan olmasının 110 illiyidir.

Sentyabrın 28-də Heydər Əliyev Sarayında sənətkarın yubileyinə həsr edilmiş konsert keçiriləcək. Musiqi gecəsində unudulmaz müğənninin repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək. Konsert proqramına Mirzə Babayevin ifasında qəlbləri fəth etmiş “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” mahnıları daxil edilib.

Konsertin biletlərini iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.