Şuşa Qlobal Media Forumunda (21-23 iyul) iştirak etmək üçün ölkəmizə gələn TÜRKSOY-un baş katibi Sultan Raev Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Fonddan bildirilib ki, görüşdə türk xalqlarının bir-biri ilə daha geniş əlaqələndirilməsi üzrə əməkdaşlığın vacibliyindən söz açılıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və bu il 30 illiyini qeyd edən TÜRKSOY-un layihələrindən bəhs olunub.
TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının əhəmiyyəti vurğulanıb. Fond tərəfindən Şuşanın tarixi və mədəni irsinin təbliği yönündə müxtəlif ölkələrdə “Şuşa günləri”nin keçirilməsi yüksək dəyərləndirilib.
İki təşkilat arasında gələcək birgə layihələrə dair fikir mübadiləsi aparılıb.