Avqustun 1-dən etibarən Azərbaycan Milli Xalça Muzeyi öz qapılarını yenilənmiş ekspozisiyası ilə ziyarətçilərinin üzünə yenidən açıb.
Muzeydən bildirilib ki, ziyarətçilər indiyədək burada görmədikləri rəngarəng xalçalarla tanış ola, qədim xalq sənətindən zövq ala biləcəklər.
Xatırladaq ki, Milli Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar fəaliyyətini dayandırmışdı.