2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Asif, Vasif, Ağasif” filmi (rejissor Rasim İsmayılov, 1983) nümayiş etdirilib.

Milli kinomuzun maraqlı nümunələrindən olan film mərkəzin ənənəvi “Kino həftəsi” layihəsi çərçivəsində təqdim edilib. Filmin əsas qəhrəmanlarını canlandıran Emil Pənahov (Asif) və Hökümə Cəlilova (Ağasif) da tədbirin qonağı olublar.

Nümayişdən əvvəl tamaşaçılara Azərbaycan kinosunun tarixi və əlamətdar günün təsis olunması haqqında məlumat verilib. Filmin qəhrəmanları çəkiliş meydançasında baş verən maraqlı hadisələrdən danışıblar.

Sonra film nümayiş olunub. Əsasən sosial cəhətdən həssas əhali qruplarına aid uşaqların izlədiyi ekran əsəri maraqla qarşılanıb.