Avqustun 1-də başlayan Azərbaycanda Özbəkistan mədəniyyəti günləri bu gün sona çatır.

Avqustun 3-də Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Məcid Şamxalovun “Qayınana” tamaşasını nümayiş etdirib.

Həmin gün axşam Dənizkənarı Milli Parkda Özbəkistan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Avqustun 4-də Özbəkistan nümayəndə heyəti üçün paytaxtla tanışlıq və mədəni proqram nəzərdə tutulub.