Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun yay məktəbinin işi çərçivəsində Bakı məktəblərinin şagirdləri üçün Çin üzrə biraylıq dilçilik və regionşünaslıq kursu başa çatıb.

Universitetdən bildirilib ki, dil və mədəniyyət kursu zamanı şagirdlər ənənəvi Çin mədəniyyətinin tarixi və əsas xüsusiyyətləri ilə tanış olmaqla yanaşı, Çin dilində şifahi biliklərini təkmilləşdirib, Çin xəttatlığı və ənənəvi Çin rəssamlığı üzrə təsvir vərdişlərinə yiyələniblər.

Məktəblilərin şifahi nitq bacarıqlarını təkmilləşdirmək üçün ADU-nun Konfutsi İnstitutunun çinli müəllimləri dil tədrisində müasir metodlardan istifadə ediblər. Onlar Çin şagirdlərə filmlərini şərh edib, Çin tarixi atalar sözləri söyləyib və nağıllar danışıb, məktəblilərlə birlikdə səhnəciklər nümayiş etdiriblər.

ADU Konfutsi İnstitutunun direktoru dosent Rafiq Abbasovun bildirdiyinə görə, yay məktəbi çərçivəsində Çinin tarixi və mədəniyyəti ilə bağlı onlayn mühazirələr də keçirilir. Bu yaxınlarda Çində ADU tələbələrinin qoşulduğu Azərbaycan-Çin linqvo-kulturoloji düşərgə öz işini başa çatdırıb. Tədbirlər çərçivəsində Rafiq Abbasovun Çin dilində nəşr etdirdiyi “Heydər Əliyev və Çin” və “Heydər Əliyev-100” kitablarının təqdimatı da olub.