Gəncə şəhər MKS-də şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Görüş şairin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Qəşəm Nəcəfzadə 44 günlük Vətən müharibəsinə, şəhidlərimizə və qazilərimizə həsr etdiyi şeirlərini söyləyib, oxucuların suallarını cavablandırıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri şair Xəzangül Hüseynova, yazıçı Qərib Mehdi və başqaları çıxış edərək Q.Nəcəfzadənin yaradıcılığı haqqında söhbət açıblar.

Nurəddin