Bu il dekabrın 15-18-də İstanbulda 11-ci Beynəlxalq “İpək Yolu” Film Festivalı keçiriləcək.

Ənənəvi festival Türkiyənin Kino və Televiziya İşi Sahibləri Peşəkar Dərnəyi (SETEM) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilir.

Tarixi İpək Yolu coğrafiyası ölkələrini əhatə edən festivalın builki poster dizaynı üçün Qırğızıstandakı Çingiz Aytmatov Muzeyinin bağçasındakı Göytürklər dövrünə aid Umay Ana heykəli seçilib.

Milli və beynəlxalq kateqoriyada ümumilikdə 10 mükafatın təqdim ediləcəyi festivalda, həmçinin münsiflər heyətinin seçdiyi film “İpək Yolu qardaşlıq mükafatı”na layiq görüləcək.

Festivala qatılmaq istəyənlər oktyabrın 1-dək müraciət edə bilərlər. Ətraflı məlumat www.setem.org.tr saytında.