“Təhsil avtobusu” işğaldan azad edilmiş torpaqda

 

“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində təşkil edilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Tərtər rayonunun Talış kəndi olub.

Talış kəndi Vətən müharibəsində, 3 oktyabr 2020-ci ildə erməni işğalından azad edilib. 2023-cü ilin martında Böyük Qayıdış proqramı çərçivəsində əhalinin kəndə köçürülməsinə başlanılıb.

“Təhsil avtobusu” layihəsi Elm və Təhsil Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə 2016-cı ildən həyata keçirilir. Layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, dünyagörüşü formalaşdırmadır.

Builki yay məktəbində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, ilkin sahibkarlıq anlayışları, kodlaşdırma, robototexnika, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunur.