Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı “Tədbirlər Planı”na əsasən gerçəkləşib.

Çıxışlarda ölkədə uşaqlara göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən söhbət açılıb. Bildirilib ki, respublikamızda cəmiyyətin böyük bir hissəsini təşkil edən uşaqların yaşamaq, təhsil, sağlamlıq və başqa hüquqlarının təmin edilməsi tamamilə yeni istiqamətdə həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi sahəsində dünya təcrübəsi öyrənilir və tətbiq olunur.

Sonda oxucularla mövzu ətrafında söhbət aparılıb.

Nurəddin