Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Oxuculara xidmət şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “28 May” adına istirahət parkında səyyar kitabxana xidməti təşkil olunub.
Sərgi zamanı kitabxananın fonduna daxil olan yeni kitablar, bədii və xarici ədəbiyyat, ümumilikdə oxucuların marağını cəlb edəcək müxtəlif mövzulu kitablar nümayiş olunub.
Mərkəzi Kitabxana tərəfindən rayon ərazisində fəaliyyət göstərən digər istirahət və mədəniyyət parklarında da bu kimi xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Səyyar xidmətin məqsədi gənc nəslin dünyagörüşünün formalaşdırılması, onlarda mütaliə vərdişlərini və mütaliə mədəniyyətini inkişaf etdirmək, kitabxana xidmətinin səviyyəsini yüksəltmək, eləcə də yeni oxucuları kitabxanaya cəlb etməkdir.