Sağlamlıq imkanları məhdud uşaqlar valideynləri ilə birgə Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər ediblər.

Qoruqdan bildirilib ki, uşaqlar və onların valideynləri əvvəlcə Qəbələ Arxeoloji Mərkəzi və burada sərgilənən arxeoloji materiallarla tanış olublar.

Daha sonra ziyarətçilər mərkəzin akt zalında “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” sənədli filmini izləyiblər. Qədim Azərbaycan dövləti haqqında film tamaşaçıların marağına səbəb olub.

Nurəddin