Azərbaycan Dövlət Yuğ Teatrında türk dramaturqu Toyqun Orbayın “21:15 qatarı” pyesi əsasında yeni tamaşanın məşqləri keçirilir.
Səhnə əsəri rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanır. Rolları Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova ifa edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.
Qeyd edək ki, T.Orbayın “21:15 qatarı” pyesi bundan öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (rejissor Bəhram Osmanov) və Şəki Dövlət Dram Teatrında (Elvin Nuri) səhnələşdirilib.