Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir təşkil edilib.

Tədbir Masallı Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cənub Regional Mərkəzi və digər qurumların birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, müasir dövrdə dünyanın bir çox yerlərində baş verən müharibələr, qarşıdurmalar və onların səbəb olduğu insan tələfatı dinindən, milliyyətindən asılı olmayaraq hər kəsi narahat etməlidir. Dünyada sülhün və əmin-amanlığın qorunması üçün Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq ənənələrinin öyrənilməsi və təbliğinin əhəmiyyəti vurğulanıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nurəddin