Abşeron-Xızı RMİ-nin tabeliyində fəaliyyət göstərən Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi məktəbinin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Gürcüstana səfər edib.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən səfər çərçivəsində məktəbin kollektivi Gürcüstanın müxtəlif bölgələrində təşkil olunan tədbirlərdə rəngarəng konsert proqramları ilə çıxış edib.

Ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev məktəbin kollektivinə təşəkkürünü bildirərək yeni yaradıcılıq uğurları arzulayıb.

Nurəddin