Şirvan Tarix-Diyarşünaslıq Muzeyində “Gəlin, gələcəyimizi qoruyaq!” adlı tədbir keçirilib. Tədbirin məqsədi şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.
Sonda narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.
Nurəddin