Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2-9 oktyabr tarixlərində Almaniyanın Hannover şəhərində keçirilən “Körpü” beynəlxalq festivalında iştirak edir. Festivala alman yazıçısı Patrik Züskindin “Kontrabas” pyesi əsasında hazırlanan eyniadlı monotamaşa (quruluşçu rejissor İrina Perlova) göndərilib.
İndiyədək bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülmüş birhissəli səhnə əsəri Əməkdar artist Şövqi Hüseynovun ifasında oktyabrın 4-də nümayiş olunacaq.
Ensiklopedik biliklərə malik kontrabasçı həyatda çox sadə mövqe sahibidir. Məşhur opera sənətçisinə vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində opera ulduzu ilə ünsiyyətdə olmaq imkanı yarana...