Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən Kurqanlar vadisində çoxlu sayda qəbir abidəsi mövcuddur. Qoruq yarandığı gündən etibarən burada elmi tədqiqat və arxeoloji qazıntı işləri aparılır.

Sentyabrın 7-dən oktyabrın 6-dək “Keşikçidağda arxeoloji qazıntılar və yay məktəbi – 3” adlı layihə həyata keçirilir. Oktyabrın 1-də layihə çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialı Tarix fakültəsinin tələbələri, magistr və gənc könüllülər “Qarasoy 1” və 2 saylı kurqanda olublar. Gənclər burada qazıntılar nəticəsində aşkarlanmış maddi mədəniyyət nümunələrindən ibarət sərgiyə baxıblar.

Daha sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov tərəfindən ustad dərsi təşkil olunub.

Nurəddin