1 oktyabr – Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. 1992-ci ildə BMT Baş Məclisinin müvafiq qətnaməsi ilə təsis edilən günün məqsədi ailə və icmaların, eləcə də cəmiyyət həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.

Əlamətdar gün münasibətilə Salyan rayon Mədəniyyət Mərkəzinin kollektivi uzun illər mərkəzin nəzdində fəaliyyət göstərən “Cəngi” milli nəfəsli xalq kollektivinin üzvü olmuş balaban ifaçısı Gülmurad Babayevlə görüş keçirib. Görüşdə Şirvan-Salyan RMİ-nin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov da iştirak edib.

“Cəngi” kollektivinin yaranmasından söhbət açan və xatirələrini bölüşən Gülmurad Babayev sonda balabanda musiqi parçaları ifa edib.

N.Məmmədli