Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gələn “Ölümə qənşər – 2” bədii-sənədli filminin təqdimatı olub.
Bildirilib ki, film 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda vuruşan qəhrəmanlarımızdan, igid əsgər Qamət İnşallahlı və onun arxa cəbhədə Ordumuz üçün öz maddi-mənəvi köməkliyini əsirgəməyən ailəsindən bəhs edir. Filmdə obrazları canlandıranlar isə N saylı komando birliyinin mənsubları olub.
Film Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndinin ərazisində lentə alınıb. Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Nurəddin