Astara Dövlət Rəsm Qalereyasında “Güclü dövlətimiz, güclü Ordumuz” devizi altında keçirilən rəsm müsabiqəsinə yekun vurulub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara sektoru və Lənkəran Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun tədbirində müsabiqəyə göndərilmiş əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə rayonun tanınmış rəssamı Firudin Quliyev və təşkilatçı müəssisələrin əməkdaşları iştirak ediblər.
Sərgiyə baxış keçirildikdən sonra müsabiqənin qalibləri elan edilib. Əsərləri uğur qazanmış müəlliflər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, 25 sentyabr – 5 oktyabr tarixlərində keçirilən müsabiqəyə 20-dən çox gənc və yeniyetmə rəssam 35 əl işi ilə qatılmışdı.