Lənkəran-Astara RMİ Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran zona bölməsi ilə birgə Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Bədii əsərlərin kinoda təcəssümü” mövzusunda tədbir keçirib.
Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev 125 yaşlı Azərbaycan kinosunun inkişaf yolundan danışıb. O, mədəniyyət və yaradıcı sənayelərin ölkələrin dayanıqlı inkişafına verdiyi töhfə, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun payının artırılması baxımından kino sahəsinin əhəmiyyətini qeyd edib.
AYB-nin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Sadıqlı, “Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərov və digər çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıblar.
Nurəddin