Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayonunda yaxın aylarda “Hophopnamə” kitab mərkəzi fəaliyyətə başlayacaq.

Bölgədə ilk dəfə açılacaq müasir kitab mərkəzində ölkənin müxtəlif nəşriyyatlarının stendləri yaradılacaq, onların nəşr etdiyi və sakinlərin böyük maraqla gözlədiyi yeni kitablar kitabsevərlərə təqdim ediləcək.

Mərkəzdə müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, sevilən incəsənət xadimləri ilə görüşlər, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış mədəniyyət adamları ilə oxu günləri təşkil ediləcək.

Regionda yaşayan hər kəsin faydalana biləcəyi bu kitab mərkəzində əhalinin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Nurəddin