Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qalib ordu – Azad şəhər” adlı tədbir-sərgi keçirilib.

Sərgidə muzeyin əsas fondunda yer alan Füzulinin işğaldan əvvəlki görüntülərini əks etdirən fotolar, işğaldan azad edilmiş ərazilərimizdən tapılan maddi-mədəniyyət nümunələri, eyni zamanda Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin şəxsi əşyaları, sənədləri və fotoları nümayiş olunub.

Məlumat verilib ki, Füzuli rayonu şəhidlərinə məxsus olan 493 ədəd əşya muzeyin əsas fonduna daxil edilib. Bu əşyalar hər ilin əlamətdar günlərində sərgi şəklində ziyarətçilərə nümayiş etdirilir. Növbəti il üçün isə Vətən müharibəsi şəhidlərinə məxsus daha 82 ədəd əşyanın qəbulu və yeni əşyaların toplanması nəzərdə tutulur.

Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz öz qəhrəmanlıqları ilə gələcək nəsillərə örnək olmaqla əbədi yaddaşlara həkk olunub və onların xatirəsi hər zaman anılır.

Nurəddin