Mingəçevir Dövlət Dram Teatrı daha bir premyeraya hazırlaşır. “Zamanın ruzigarı” adlı səhnə işi sosial-mənəvi problemlər fonunda insanların parçalanmış hiss və münasibətlərindən bəhs edir.
Oktyabrın 23-də təqdim olunacaq tamaşa yazıçı-publisist Xeyrəddin Qocanın eyniadlı əsəri əsasında teatrın baş rejissoru Vüsal Mehrəliyev tərəfindən səhnələşdirilib. Quruluşçu rəssam Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Böyük ədiblərimizin yaşadığı dövrə sənət səyahəti olan tamaşada rolları Aydın Quliyev (C.Məmmədquluzadə), Vüsalə Quliyeva (H.Məmmədquluzadə), Paşa Salmanov (M.Ə.Sabir), Şıxı Yaqubov (Ə.Haqverdiyev), Hüseyn Mustafa (Kefli İsgəndər) və b. ifa edirlər.
Həmidə