Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Əlamətdar gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən onlayn sərgi hazırlanıb.

Sərgidə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, bayrağımız haqqında görkəmli şəxsiyyətlərin fikirləri, fotolar, bayrağın tarixi, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında kitablar və mediada dərc olunan materiallar yer alıb.

Sərgi ilə http://anl.az/el/vsb/Dovlet_bayragi_gunu/index.htm linki vasitəsilə tanış ola bilərsiniz.