Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə noyabrın 10-da Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında "Payız əfsanələri – 2023" incəsənət müsabiqəsi keçirilib.
Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri uğurla çıxış ediblər.
Təhsil ocağının 1-ci sinif şagirdi Ayxan Quluzadə fortepiano solo nominasiyasında III dərəcəli laureat, 2-ci sinif şagirdi Vəli Vəliyev II dərəcəli diplomant adlarına layiq görülüblər. Hər iki şagirdi müsabiqəyə məktəbin müəllimi Dilarə Əhmədova hazırlayıb.
Müsabiqəni xalq çalğı alətləri solo nominasiyasında isə 2-ci sinif şagirdi İbrahim Abbasov 3-cü dərəcəli laureat (müəllim: Rüfət Mustafayev) adını qazanıb.