İtaliyanın ali təhsil ocaqlarından “Universita di Roma Tor Vergata”nın bir qrup tələbəsi Azərbaycanın İtaliyadakı Səfirliyi nəzdindəki Mədəniyyət Mərkəzini “açıq qapı” aksiyası çərçivəsində ziyarət ediblər.
Səfir Rəşad Aslanov tələbələrə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbiəti, adət-ənənələri barədə təqdimat edib, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən danışıb. Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib.
Tələbələr Azərbaycan tarixini əks etdirən əşyalar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksesuarlar, italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti ilə bağlı kitablar və digər eksponatlarla maraqla tanış olublar, onları maraqlandıran suallara cavab alıblar.
“Açıq qapı” təşəbbüsünü dəstəkləyən tələbələr səfirliyin tədbirlərində davamlı iştirak etmək, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olmaq istəklərini ifadə ediblər.