Oğuz rayon Mərkəzi Kitabxanasında Mədəniyyət Nazirliyinin “Yaradıcı payız” layihəsi çərçivəsində Səmayə Haşımovanın “Yaradıcı zərif əllər” adlı fərdi sərgisi təşkil edilib.
Layihənin məqsədi yaradıcı insanların sənət sirlərinin gənc nəslə aşılanması, sənətə maraq yaratmaq və bu sahədə çalışanların tanıdılmasıdır.
Tədbir iştirakçılarına əl işlərinin hazırlanması qaydası haqqında məlumat verilib. Bildirilib ki, işlər pilək, muncuq, toxunma, muline pambıq saplar, rəngbərəng lentlər, dənli bitkilər, duzlu xəmir və ipək parçadan istifadə edilməklə hazırlanır. S.Haşımova iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Nurəddin