Noyabrın 21-də Qızılağac Milli Parkında (Lənkəran, Masallı və Neftçala rayonlarının ərazisi) “Flaminqo festivalı” keçirilib.
Festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər nümayiş olunub.
Tədbirə dövlət, qeyri-hökumət təşkilatları, universitet və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də turistlər qatılıb. İştirakçılar park ərazisində qayıq və kvadrasiklə gəzib, körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər.
Qızılağac Milli Parkının körfəz ərazisinə çəkikimi balıq körpələri, təbiətə milli parkın faunasına xas olan turac quşları buraxılıb.