Paytaxtda fəaliyyət göstərən 47, 164 və 328 nömrəli tam orta məktəblərinin şagirdlərinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil edilib.

Ekskursiyaların məqsədi uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.

Öncə kitabxananın əməkdaşının müşayiəti ilə məktəblilər müəssisənin fəaliyyəti və fondları ilə tanış olublar. Şagirdlərə mütaliənin əhəmiyyəti barədə məlumat verilib.

Kitabxananın kiçik oxu zalında ekskursiya iştirakçıları Firidun bəy Köçərlinin "Balalara hədiyyə” antologiyası haqqında məlumatlandırılıb.

Sonda şagirdlər “Balaca ev” adlı cizgi və “Dərs” adlı bədii filmləri izləyiblər.

***

Şəhid Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin də bir qrup şagirdi Respublika Uşaq Kitabxanasında olub.

Məktəblilər kitabxana ilə tanış olduqdan sonra böyük oxu zalında Azərbaycanın və xarici ölkələrin görkəmli ədəbiyyatşünasları haqqında onlara məlumat verilib.