Biləsuvar rayonunun mərkəzi parkında “Hindtoyuğu festivalı” keçirilib. Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan RMİ, “Azər Home Chef” şirkəti və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan festivalda hindtoyuğu ətindən hazırlanan müxtəlif yeməklər təqdim edilib.  

Festival iştirakçılarını salamlayan icra başçısı Faiq Qürbətov üçüncü ildir ki, təşkil olunan tədbirin rayonda turizmin inkişafına maraq baxımından əhəmiyyət daşıdığını, belə tədbirlərin milli mətbəximizin təbliğinə xidmət etdiyini deyib.

Festival çərçivəsində idman oyunları keçirilib, rəsm işi, bədii oyma, vitraj üzrə ustad dərsləri təşkil edilib, rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.

Mədəniyyət və incəsənət ustalarının ifasında təqdim olunan konsert proqramı, səhnəciklər maraqla qarşılanıb.

Nurəddin