Lənkəran Dövlət Dram Teatrında “Heydər Əliyev İli”nə töhfə olaraq Qəşəm Nəcəfzadənin “İki iyirmi üç arasında” əsəri əsasında eyniadlı verbatim-kompozisiyaya quruluş verilir. Kompozisiyada Ulu öndərin həyat və fəaliyyəti, irsi təqdim olunur.
Dekabr ayında təqdim olunacaq nümunənin quruluşçu rejissoru Emil Əskərov, rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə, videomühəndisi Şəhriyar Camalbəylidir. Səhnə əsərində Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, aktyorlar Miraslan Ağayev, Allahverən Babayev, Şarud Mehdiyeva, Aynur Əhmədova, Qızılgül Quliyeva, Buludxan Buludov, Hikmət Cəfərov, Gülər Kərimova, Rauf Zeynalov, Saleh Əzimzadə, Ayşən Əsədova, Əlirza Şahbazi, Günel Abbaszadə, Emil Rzayev, Aysel Babazadə, Təvəkkül Həsənov, Vəfa Hacızadə, Məleykə Cəfərova, Teymur Hacızadə və Amil İbrahimli iştirak edirlər.