Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən dekabrın 8-də saat 09:15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 5 dekabr tarixinədək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin office@nculture.gov.az elektron poçt ünvanı, (036) 545 02 52, (036) 545 72 11 telefon nömrəsi vasitəsilə qəbula yazıla bilərlər.