Astara rayon Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Ulu öndər Heydər Əliyevin əvəzsiz rolu” mövzusunda tədbir keçirilib.
Astara şəhər R.Camalov adına 7 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu öndərin və şəhidlərimizin xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış şəxsiyyətlərdəndir. Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə Nizami irsini yüksək qiymətləndirib, onun zəngin yaradıcılığının tədqiqi və təbliğini diqqətdə saxlayıb.
Sonda şairin “Xəmsə”sindən nümunələr səsləndirilib.