Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan RMİ-nin birgə təşkilatçılığı ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filmi nümayiş olunub.
Sənədli film Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımovdan bəhs edir.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonun icra başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı nəfər döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçü təslim olmağına razılaşır. O, təslim olduqda belə Azərbaycan bayrağını düşmənə vermir.