Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində rejissor Abdulla Elşadlı Qusar Dövlət Ləzgi Dram Teatrına ezam edilmişdi.
Bölgə teatrlarını inkişaf etdirmək və məramlı layihənin davamı olaraq rejissor bir ay ərzində yerli aktyor truppasına dərslər keçib və Cəlil Məmmədquluzadənin “Eşşəyin itməkliyi” povestinin motivləri əsasında “Sus” adlı tragi-fars səhnələşdirib.
Biraylıq yaradıcı mübadilənin nəticəsi olaraq dekabrın 4-də “Sus” tamaşaçıların ixtiyarına verilib.
Epik üslubda hazırlanan tamaşada quruluş müəllifi ədəbi əsərdən fabulanı saxlasa da, hadisələr Danabaş kəndindən Qusara köçürülüb. Tamaşanın səhnə tərtibatını teatrın baş rəssamı Bədəl Bədəlov verib. Rolları truppanın üzvləri Tofiq Mustafayev, Yalçın Qaraxanov, Bədəl Bədəlov, Yeganə Kərimova, Ramella Mahmudova, Pirverdi Pirverdiyev, Tacir Şahbazov, Yura Kərimov, Samir Babayev, Elnur Hacıyev, Bağır Əhmədov, Malik Ramazanov və başqaları ifa edirlər.
Həmidə Nizamiqızı