Azərbaycan Milli Kitabxanasının əməkdaşları Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıblar.

Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.

1948-ci il dekabrın10-da BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilib. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-da dünya ölkələrində Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçib, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və bir sıra beynəlxalq konvensiyalara qoşulub.

Bununla bağlı Milli Kitabxananın əməkdaşları Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilən virtual sərgi hazırlayıblar.