Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirin təşkilatçısı məktəbin nəzəriyyə şöbəsinin müəllimi Pərvin Səfərli Heydər Əliyevin həyat və fəaliyyətindən söz açaraq onun müstəqil Azərbaycan dövlətinin inkişafı üçün gördüyü tədbirlərdən, musiqiyə, mədəniyyətə, elmə olan sevgisindən, diqqət və qayğısından danışıb.

Məktəbin müəllimi Mətanət Nurullayevanın fortepianoda müşayiəti ilə nəzəriyyə şöbəsinin müəllimi Regina Məcidova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ulu öndərə həsr etdiyi “Elegiya” şeirini söyləyib.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoxronika, videoçarxlar nümayiş olunub.