Azərbaycan xalqının Ümummilli lideri, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin vəfatının 20-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərində də anım tədbirləri keçirilib.

Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, bütün həyatını xalqına və vətəninə həsr etmiş Heydər Əliyev tariximizə müasir Azərbaycanın qurucusu, bugünkü inkişafımızın memarı kimi daxil olub.

Tədbirin bədii hissəsində şagirdlər öz ifaları ilə Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

***

C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndərin əziz xatirəsi ehtiramla anılıb.

Çıxışçılarda bildirilib ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Ümummilli lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.

Sonra Ulu öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyətinin əks olunduğu videoçarxlar nümayiş edilib, şagirdlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. 

***

33 nömrəli Musiqi məktəbində də dahi siyasətçinin vəfatının ildönümü ilə bağlı tədbir keçirilib.

“Ulu bir sərkərdə, ulu bir öndər” adlı tədbirdə əvvəlcə Dövlət  Himni səsləndirilib, Ulu öndərin əziz xatirəcsi ehtiramla yad edilib.

Tədbir zamanı çıxış edənlər müasir dövlətimizin banisi Ümummilli lider Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən danışıblar.

Sonra şagirdlərin ifasında Ümummilli liderə həsr olunmuş monoloq, şeir və mahnılar səsləndirilib.