“Sənət” uşaq musiqi və incəsənət mərkəzi “Yeni ilə yeni naxışlarla...” adlı uşaq yaradıcılıq sərgisini təqdim edib.

Dekabrın 17-də açılan sərgidə 4-15 yaş arası uşaq və yeniyetmələrin ümumilikdə 50-yə yaxın rəsm və əl işi nümayiş olunub.

Fəaliyyətini “Uşaqlar gələcəyin aynasıdır!” devizi əsasında quran “Sənət” mərkəzinin əsas amallarından biri də uşaqların yaradıcılığının inkişaf etdirilməsidir. Yeni sərgi də bu sahədə uşaqlara dəstək olmaq, onların bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasına şərait yaratmaq məqsədilə təşkil edilib.

Təhsillə əyləncənin uğurlu sintezi olan "Yeni ilə yeni naxışlarla..." sərgisi rəğbətlə qarşılanıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Lalə