Bakı Fotoqrafiya Evində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş “Dialoq” adlı sərgi açılıb.

Qoruq idarəsindən bildirilib ki, sərgidə məşhur gürcü rəssamı, kukla ustası Baçana Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları nümayiş olunur.

Ümumilikdə 20 foto və 12 marionetin nümayiş olunduğu sərgi dekabr 22-dək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq.