Bakıdakı Rus Evində “Kino musiqisi dünyasına səyahət” adlı konsert keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, gecənin aparıcısı və təşkilatçısı, beynəlxalq və respublika müsabiqələr laureatı, Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin müəllimi Günel Hacıyeva qonaqlara kino musiqisinin səssiz kino dövründən bu vaxta qədər olan tarixi haqqında danışıb.
Gecənin proqramında beynəlxalq müsabiqələr laureatları Nərgiz Manaflı və Ləman Camalovanın müşayiəti ilə Günel Hacıyevanın şagirdlərinin, eləcə də vokalçılar - Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin müəllimi Yevgeniya Məmmədovanın şagirdləri, Bakı Beynəlxalq Caz Müsabiqəsinin laureatları Murad Əşrəfov və Fuad Mehdiyevin, həmçinin Üzeyir Hacıbəyli ev-muzeyinin nəzdində “Nur” uşaq xor studiyasının (dirijor və bədii rəhbər sənətşünaslıq namizədi, dosent Mələk Vəlizadə) ifasında Rusiya, Azərbaycan və xarici filmlərdən əsərlər səsləndirilib.
Gecənin qonaqları incəsənət və mədəniyyət xadimləri, musiqiçilər, ziyalılar və həmvətənlər olub.