Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin şagirdi Tural Məmmədli Astanada onlayn keçirilən "Universal Stars Music Festival" adlı II beynəlxalq vokal-instrumental müsabiqədə çıxış edib.

Müsabiqəyə 11-13 yaş kateqoriyasında qatılan Tural I dərəcəli laureat adına layiq görülüb.

Onun müəllimi Ramal Allahverdiyev isə təşəkkürnamə ilə mükafatlandırılıb.