Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan vokalçılarının III Beynəlxalq Festivalı çərçivəsində “Klassik vokal musiqi inciləri” adlı təntənəli konsert keçirilib.
Bakı Musiqi Akademiyasından bildirilib ki, konsertmeysterlər Rəna Ağayeva, Nigar Məlikova, Ülviyyə Əliyeva, Məryəm Yusifova və Nabat Bağırovanın müşayiəti ilə BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının istedadlı tələbələri Məhəmməd Şəmmədov, Səbinə Əliyeva, Səməd Novruzov, Sara Tağızadə, Sutoy Başbozqurt, Aydan Səfərli, Emin İsmayılov, Kənan Rəhmanzadə, Nuray İsmayılova, İsmayıl Əsədli, Azər Təmizadə, Safura Aslanova çıxış etdilər.
Təntənəli konsert proqramında V.A.Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası, Süzannanın ariyası, “Don Giovanni” operasından duet, A.Vivaldinin “Tito Manlio” operasından Titonun ariyası, “Cosi fan tutti” operasından “Un aura amorosa”, A.Skarlattinin “Gial sole dal gange”, P.Tostinin “Marechiare”, M.Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyası, S.İbrahimovanın “Azərbaycan”, E.Sabitoğlunun “Neyləyim”, Biksionun “Parla mi d-Amore”, Mariu”, S.Raxmaninovun “Aleko” operasından səhnə və G.Rossininin “Son bella pastorella” əsərləri dinləyicilərə peşəkar səviyyədə çatdırılıb.
Qeyd edək ki, konsertdə BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimləri - Xalq artistləri Fidan Qasımova, Xuraman Qasımova (kafedra müdiri), Gülnaz İsmayılova, Əməkdar artist İlham Nəzərov, dosent Sevda Məmmədovanın tələbələri əsrarəngiz ifaları ilə dinləyicilərin böyük rəğbətini qazandılar.
Əməkdar artist Nicat Kazımovun rejissorluğu ilə təşkil olunan konsert proqramı tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.