Ağstafa rayon Heydər Əliyev Mərkəzi, rayon Polis Şöbəsi, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi Ağstafa sektorunun təşkilatçılığı ilə Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Çıxışlarda narkomaniyanın törətdiyi ciddi fəsadlar haqqında məlumat verilib, onun bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan olduğu bildirilib. Qeyd olunub ki, artıq narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə tibbi problemdən sosial problemə çevrilib. Problemin həllinə xidmət edən mühüm addımlardan biri və ən əsası qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Ölkəmizdə bu bəlanın qarşısının alınması istiqamətində davamlı işlər görülür.
Tədbir müzakirə formatında davam edib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Nurəddin