Astara rayon Mərkəzi Kitabxanasında görkəmli tarixçi və şərqşünas-alim, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun (1923–1997) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Çıxışlarda Astarada dünyaya gələn mərhum akademikin zəngin və mənalı ömür yolundan, şərqşünaslıq elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən söhbət açılıb. Onun istedadlı bir alim kimi həm də respublikamızın hüdudlarından uzaqlarda böyük nüfuz qazandığı vurğulanıb.

Sonda tədbir iştirakçıları Ziya Bünyadovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Nurəddin